Bank Of Baku

Qısa müddətdə Azərbaycanda 17 məhkəmə binası inşa olunacaq

Qısa müddətdə Azərbaycanda 17 məhkəmə binası inşa olunacaq
# 12 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qısa müddətdə ölkədə 17 məhkəmə binası inşa olunacaq. APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib. Nazir deyib ki, Dünya Bankı ilə Ədliyyə Nazirliyi arasında ədliyyə-məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı saziş imzalanıb: “Həmin sazişə əsasən, güzəştli şərtlərlə kredit ayrılıb. Həmin kredit hesabına inşa olunacaq məhkəmə binaları ən müasir texnologiyalarla təmin olunacaq. Bu da məhkəmənin işinin ədalətli və daha keyfiyyətli olmasına təkan verəcək”.

F. Məmmədov ədliyyə orqanlarında çalışanların sosial təminatının yaxşılaşdırılması və kadr islahatları ilə bağlı işlərin aparıldığını da söyləyib: “Ədliyyə orqanlarında çalışanların sayının ştata uyğunlaşdırılması üçün açıq müsabiqələr keçirilir, müsabiqədən keçənlər işə götürülür. Ədliyyə orqanlarında, əsasən da Penitensiar Xidmətdə hələ də bacarıqlı kadrlara ehtiyac var. Maaşların artırılmasına gəlincə, bütün ölkədə müxtəlif sahələrdə çalışanların məvacibləri artırılır. Ədliyyə orqanlarında da məvaciblərin miqdarı ona uyğun artırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR