Bank Of Baku

Nazir: “Məhbusların əməyə cəlb olunması istiqamətində müvafiq işlərə başlanılıb”

Nazir: “Məhbusların əməyə cəlb olunması istiqamətində müvafiq işlərə başlanılıb”
# 12 sentyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Cəzaçəkmə müəssisələrində məhbusların əməyə cəlb olunması istiqamətində müvafiq işlərə başlanılıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Fikrət Məmmədov deyib. Nazir bildirib ki, məhbusların əməyə cəlb olunması məcburi ola bilməz: “Cəzaçəkmə müəssisələrində bunun həyata keçirilməsi əhəmiyyətlidir. Amma bu cür şəraitin yaradılmasında müəyyən problemlər var. Ölkəmiz bazar iqtisadiyyatına keçəndən sonra mərkəzləşmiş sifarişlər mövcud deyil. Sovet dövründə bu sifarişlər var idi. Bu səbəbdən də məhbusların əməyə cəlb olunması məsələsini bazar iqtisadiyyatına uyğunlaşdırmaq istəyirik”.
F. Məmmədov cəzaçəkmə müəssisələrində psixoloq vəzifəsi ilə bağlı açıq müsabiqə elan olunduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR