Bank Of Baku

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin sabiq rəhbəri həbsdən azad edilib

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin sabiq rəhbəri həbsdən azad edilib
# 12 sentyabr 2008 13:12 (UTC +04:00)
Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Komitə sədri deyib ki, bununla bağlı məhkəmə qərarı veriləndən sonra S. Dadaşov sentyabrın 8-də MTN-in istintaq təcridxanasından çıxarılıb.

Qeyd edək ki, bir qədər əvvəl istintaq təcridxanasında S. Dadaşovla görüşən E. Behbudov təqsirləndirilən şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə köməklik göstərməsini ondan xahiş etdiyini açıqlamışdı. Hüquq müdafiəçisi isə bu xahişi nazirliyin rəhbərliyinə çatdırdığını demişdi.

S. Dadaşovun vəkili Gülsarə İmanova isə məsələ ilə bağlı APA-nın sualını cavablandırmayıb: “Mən heç bir informasiya vermək istəmirəm”. Əlavə edək ki, S. Dadaşov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S. Dadaşovun azadlığa buraxılması barədə ilk məlumatı “Yeni Müsavat” qəzeti yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR