Bank Of Baku

Hicran Hüseynova “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib

Hicran Hüseynova “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib
# 12 sentyabr 2008 13:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib. APA-nın məlumatına görə, görüşdə Norveç Parlamentinin Beynəlxalq Əlaqələr və Xarici Siyasət Komitəsinin sədr müavini Marit Nybakk, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Əzizə Sibel Gönül, Türkiyənin millət vəkili Sofiye Seymenoğlu, Gürcüstan Parlamentinin deputatı Çiora Taktaşvili, Qazaxıstan Parlamentinin deputatı Baymaqambetova Baqila və başqaları iştirak ediblər. H. Hüseynova komitənin fəaliyyəti ilə yanaşı, qonaqlara Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində görülən işlər, dövlət tərəfindən həyata keçirilən layihələrlə bağlı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR