Bank Of Baku

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Həsən Rəhimi saxlanılıb

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Həsən Rəhimi saxlanılıb
# 12 sentyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Kərəc şəhər sakini Həsən Rəhimi bu ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, Kərəc şəhərində yaşayan H. Rəhimi son aylar İranda həbs edilən azərbaycanlı hüquq müdafiəçiləri haqda hesabat hazırlamaq və bu məlumatları xarici mətbuat orqanlarına göndərməkdə ittiham olunur. Onun harada saxlanıldığı barədə məlumat yoxdur.

İran azərbaycanlılarının haqları uğrunda hərəkatın fəallarından olan Firidun Mehdipur isə sentyabrın 7-də müvəqqəti cəzaçəkmə müəssisəsindən buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR