Bank Of Baku

Təhsil almaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi parlamentdə müzakirə olunacaq

Təhsil almaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi parlamentdə müzakirə olunacaq
# 12 sentyabr 2008 15:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Milli Məclisin (MM) payız sessiyasında hərbi qanunvericiliyə bakalavr, magistratura və aspiranturada oxumaq istəyən gənclərə hərbi xidmətə görə möhlət hüququnun verilməsi ilə bağlı dəyişikliyin edilməsi məsələsinə baxılacağı gözlənilir. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil məsələləri daimi komissiyanın üzvü Abel Məhərrəmov bildirib.

A. Məhərrəmov fasiləsiz təhsil üçün gənclərə şərait yaradılmasının vacib olduğunu deyib: “Mövqeyimiz belədir ki, fasiləsiz təhsilə şəraitin yaradılması ilə bağlı hərbi qanunvericiliyə dəyişiklik edilməlidir. Əminəm ki, bu məsələ həllini tapacaq. Parlamentin əksər üzvləri də bu fikirdədir. Ancaq bu dəyişikliyi elə etmək lazımdır ki, həm təhsil, həm də hərbi sahə axsamasın. Birinə üstünlük verməklə, digərinə zərər vermək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR