Bank Of Baku

Gəncə-Moskva aviareysi növbəti dəfə təxirə salınıb

Gəncə-Moskva aviareysi növbəti dəfə təxirə salınıb
# 13 sentyabr 2008 07:46 (UTC +04:00)
Sentyabrın 4-dən baş tutmayan reysin sentyabrın 12-də saat 23.00 radələrində həyata keçiriləcəyi bildirilsə də, Gəncə aeroportunda gözləyən sərnişinlər yenə də Moskvaya uça bilməyiblər.

Reysi həyata keçirən Rusiyanın «Domodedovo aviaxətləri» şirkətinin Gəncə üzrə nümayəndəsi Eldəniz Səfərov APA-nın yerli bürosuna reysin sentyabrın 18-də baş tutacağını bildirib. O, uçuşların bərpa olunmamasını Rusiya tərəfində yaranmış texniki problemlə izah etsə də, bu problemlərin konkret nədən ibarət olduğu barədə Moskvadan ona da dəqiq bilgi verilmədiyini deyib.

Qeyd edək ki, sentyabrın 4-də Moskvadan Gəncəyə yerinə yetirilməli olan reys əvvəlcə sentyabrın 11-nə təxirə salınıb, sonradan isə reysin dünən baş tutacağı bildirib. Gəncədən Moskvaya uçmalı olan 90-dan çox sərnişin isə əlində bilet aeroportda reysin həyata keçirilməsini gözləyir.

Xatırladaq ki, Moskva-Gəncə-Moskva aviareysi hər həftənin cümə axşamı həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR