Bank Of Baku

Sabunçu rayonunda məcburi köçkün dostunu bıçaqlayıb

Sabunçu rayonunda məcburi köçkün dostunu bıçaqlayıb
# 13 sentyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sabunçu rayonunda 18 yaşlı məcburi köçkün dostunu bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Ramana-450 qəsəbəsində baş verib.

Adıçəkilən qəsəbədə məskunlaşan, məcburi köçkün 1990-cı il təvəllüdlü Ayxan Xudatzadə şəxsi münaqişə zəminində dostu, 1987-ci il təvəllüdlü Qaryağdı Alışanova ürək nahiyəsindən kəsici alətlə xəsarət yetirib. Zərərçəkən ağır vəziyyətdə Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti ağırdır.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 18 yaşlı A. Xudatzadə saxlanılıb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR