Bank Of Baku

İmişlidə avtomobillə teplovozun toqquşması nəticəsində bir nəfər ölüb

İmişlidə avtomobillə teplovozun toqquşması nəticəsində bir nəfər ölüb
# 13 sentyabr 2008 11:48 (UTC +04:00)
İmişli – APA. Dünən saat 21.00 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisində avtomobillə teplovoz toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qorunmayan keçiddə, Laçın rayon sakini Cümşüd Axundov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını TEM-2-7392 №-li teplovoza vurub. Nəticədə avtomaşının sərnişini Beyləqan rayon sakini Məcid Əhmədov hadisə yerində ölüb. RPŞ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR