Bank Of Baku

“Akkord”un 2 ton sementini oğurlayanlar həbs olunub

“Akkord”un 2 ton sementini oğurlayanlar həbs olunub
# 13 sentyabr 2008 11:55 (UTC +04:00)
Hacıqabul - APA. “Akkord” Şirkətlər Qrupuna məxsus sementi oğurlamaqda təqsirləndirilən iki nəfər həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 11-də Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisində, VL-11-369 №-li elektrovozun yük qatarından "Akkord" Şirkətlər Qrupuna məxsus 2 ton sement oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Hacıqabul rayon sakinləri Şamxal Əliyev və Şahbaz Eyvazov tutulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR