Bank Of Baku

Bakıda dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb

Bakıda dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb
# 13 sentyabr 2008 11:58 (UTC +04:00)
Bakı – APA. Paytaxtın Nəsimi və Yasamal rayonunda avaraçılıq və dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nəsimi RPİ əməkdaşları tərəfindən, rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 5 nəfər (2-si qadın, 3-ü isə azyaşlı) saxlanılıb və Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilib.

Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşları tərəfindən isə rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 7 nəfər (6-sı qadın, 1-i isə azyaşlı) saxlanılaraq, Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR