Bank Of Baku

Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin iki üzvü həlak olub

Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin iki üzvü həlak olub
# 13 sentyabr 2008 12:08 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov - APA. Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu səhər Bakı-Qazax yolunun 193-cü kilometrliyində, Kürdəmir rayonu ərazisində baş verib. Yevlax rayon sakini, 1948-ci il təvəllüdlü Mirzə İbrahim oğlu Səmədov idarə etdiyi “Mercedes-600” markalı, B 879EP 30 Rusiya dövlət nömrə nişanlı maşını aşırıb. Qəza nəticəsində maşında olan sərnişinlər, Gəncə şəhər sakinləri, 1949-cu il təvəllüdlü Ələkbər Namazov və onun bacısı oğlu, 1995-ci il təvəllüdlü Xalid Əliyev hadisə yerindəcə keçiniblər.

Maşının sürücüsü və digər sərnişin, 1963-cü il təvəllüdlü Məleykə Əliyeva ağır bədən xəsarəti ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin dediyinə görə, onların vəziyyəti ağırdır.

Faktla bağlı Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR