Bank Of Baku

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlıların siyahısı

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlıların siyahısı
# 14 sentyabr 2008 08:51 (UTC +04:00)
Təyyarədə 8 uşaq olub.

Təyyarə Moskvanın Şeremetyeva aereportundan yerli vaxtla saat 01.12-də havaya qalxıb, təxminən 1800 metr yüksəklikdə olarkən isə təyyarə ilə əlaqə kəsilib.

Qəzanın baş vermə səbəbi hələlik bilinmir. Bəlli olan odur ki, təyyarə yanmağa başlayandan sonra partlayıb.

Yərranın qəzaya uğradığı ərazi Transsibir dəmir yolu bölgəsi olduğundan, ərazidən keçən dəmir yolu xəttinə də zərər dəyib.

Rusiya Fövqəladə Hallar Nazirliyi ilk açıqlamasında təyyarədə heç bir əcnəbinin olmadığını söyləsə də, nazirliyin Perm bölgə müdirliyinin açıqladığı siyahıda 9 azərbaycanlının adına rast gəlinir.

Siyahıda adı keçən azərbaycanlılar aşağıdakılardır:

1. Abdullayev Rafiq-1960-cı il
2. Əzizov Məmmədəli- 14.03.1958
3. Bədirov Ənvər-26.12.1951
4. Cəlalov Akif- 18.09.1949.
5. Mirzəyeva Nuridə- 10.01.1986
6. Osmanov Tağı-09.06.1994
7. Səfiyev İsmayıl-13.02.1976
8. Şabanov Aqil-02.01.1967

Qeyd edək ki, siyahıda Medvedyeva Gözəl (04.10.1973) vəTaymetov Bəbir (25.07.82) adlı iki nəfər göstərilib. Onların ad və soyad etibarilə müəyyən dərəcədə azərbaycanlıya bənzəsələr də, bunu dəqiq qətiləşdirmək mümkün deyil.

Siyahıda Kocak Ləvənt Nuri (30.10.1954) adlı bir türkün də adı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR