Bank Of Baku

Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub

Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub
# 15 sentyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1 saylı Bayıl İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub. E. Behbudov APA-ya bildirib ki, ona olan müraciətlər əsasında 1 saylı İstintaq Təcridxanasında “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb. N. Məmmədovun sağlamlığında problemlərin olduğunu deyən hüquq müdafiəçisi onun ayaqlarının şişdiyini, yüksək təzyiqdən və zob xəstəliyindən əziyyət çəkdiyini bildirib. E. Behbudov təcridxanada saxlanılan iki şəxslə - Xəqani Qədir oğlu Vəlişovla və Emil Şamil oğlu İnciyevlə də görüşdüyünü deyib. Komitə sədri 7 saylı Cəzaçəkmə Müəssisəsində Səid Dadaşbəylinin dəstəsinin üzvləri, Samir Qocayev və Ceyhun Əliyevlə görüşdüyünü bildirib. Sentyabrın 8-dən aclıq aksiyasına başlayan məhbus Elşən Paşayevlə də görüşdüyünü bildirən hüquq müdafiəçisi deyib ki, o, aksiyanı hələ də davam etdirir. Onun sözlərinə görə, E. Paşayev 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsini tələb edir. Komitə sədri onu da deyib ki, müəssisədə saxlanılan 6 il azadlıqdan məhrum edilən Arzuman Əliyev ciddi qanun pozuntusu törətdiyi üçün Qobustan həbsxanasına köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR