Bank Of Baku

Lənkəranda oğurluq edən qadın tutulub

Lənkəranda oğurluq edən qadın tutulub
# 15 sentyabr 2008 10:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev -APA. Lənkəran sakininin evindən pul oğurlayan şəxs tutulub. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirov APA-nın Cənub bürosuna bildirib ki, şəhər sakini İlahə Ağayeva evindən 203 manat pulun oğurlanması barədə Polis Şöbəsinə ərizə ilə müraciət edib. Əməliyyat-axtarış qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, oğurluğu Lənkəran şəhər sakini, 1973-cü il təvəllüdlü İradə Ağayeva törədib. Şübhəli şəxs qismində saxlanılan İradə Ağayeva istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR