Bank Of Baku

Permdə baş verən təyyarə qəzasında Azərbaycandan olan bir ailənin 4 üzvü həlak olub

Permdə baş verən təyyarə qəzasında Azərbaycandan olan bir ailənin 4 üzvü həlak olub
# 15 sentyabr 2008 10:28 (UTC +04:00)
Ümumrusiya Azərbaycan Konqresinin Perm vilayəti üzrə regional təşkilatının sədri Camal Məmmədovun APA-ya verdiyi məlumata görə, həlak olanlar 1972-ci il təvəllüdlü İfraim Naxumov, 1984-cü il təvəllüdlü Qolda Naxumova, 2001 və 2003-cü il təvəllüdlü İlya və Yeva Naxumovlardır. Naxumovların hazırda hansı ölkənin vətəndaşları olduqlarını bilməyən C. Məmmədovun sözlərinə görə, ailənin başçısı İfraim Naxumov Permdə çalışırmış.

Xatırladaq ki, sentyabrın 13-dən 14-nə keçən gecə baş vermiş təyyarə qəzasında 7-si Azərbaycan vətəndaşı olmaqla, 8 azərbaycanlı həlak olub. Azərbaycan vətəndaşı olmayan soydaşımız, 1994-cü il təvəllüdlü Tağı Osmanov yay tətilindən ailəsinin yaşadığı Permə qayıdırmış.

C. Məmmədovun sözlərinə görə həlak olan azərbaycanlılar arasında Permdə yaşayan və oraya qonaq gələnlər də olub. O, komissiya üzvlərinə istinadən bildirib ki, meyitlər tanınmaz vəziyyətdə olduğundan onların şəxsiyyəti DNK təhlilindən sonra müəyyənləşəcək: “Bu isə uzun sürən prosesdir. Belə analizlər Rusiyada yalnız Rostov şəhərindəki laboratoriyada aparılır”. O, həlak olanların cənazələrinin Azərbaycana bir müddət sonra göndəriləcəyini deyib.

Qeyd edək ki, Moskva-Perm reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində hava gəmisində olan 82 sərnişin və 6 ekipaj üzvü həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR