Bank Of Baku

Moskvada baş vermiş partlayış nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb

Moskvada baş vermiş partlayış nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb
# 15 sentyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sentyabrın 14-də Moskvada baş vermiş partlayış nəticəsində dörd nəfər, o cümlədən bir Azərbaycan vətəndaşı xəsarət alıb. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, Lianozovsk keçidi 1, ünvanında yerləşən bazarda baş vermiş partlayışın gücü 400-500 qram trotil ekvivalentinə bərabər olub.

İstintaq müəyyən edib ki, içərisində bolt və qaykalar olan partlayıcı maddə şüşə bankada yerləşdirilib. Şahidlərin sözlərinə görə, 2 naməlum şəxs qurğunu zibil konteynerinə atıb, sonra isə naqili yandıraraq qurğunu hərəkətə gətiriblər.

Hadisəyə bazarda yer üstündə rəqabətin səbəb olduğu ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR