Bank Of Baku

Təhqiqat qrupu Permdə baş vermiş təyyarə qəzasının səbəbini açıqlayıb

Təhqiqat qrupu Permdə baş vermiş təyyarə qəzasının səbəbini açıqlayıb
# 15 sentyabr 2008 10:33 (UTC +04:00)
Perm-APA. Moskva-Perm reysini həyata keçirən “Boeing 737-500” təyyarəsinin qəzaya uğramasının əsas səbəbi kimi sağ mühərrikin nasazlığı versiyası nəzərdən keçirilir. APA-nın məlumatına görə, Rusiya Prokurorluğu yanında istintaq komitəsinin sədri Aleksandr Bastrıkin bildirib ki, ilkin versiyaya əsasən, sağ mühərrikdəki nasazlıq yanğına, daha sonra isə partlayışa səbəb olub. Bastrıkin terror aktı versiyasının da nəzərdən keçirildiyini, lakin bunun əsas versiya olmadığını bildirib. O, yekun nəticənin təhqiqat başa çatdıqdan sonra açıqlanacağını, təhqiqatın 6 ay davam edə biləcəyini deyib.

Artıq ərazidə ilkin təhqiqat işləri başa çatıb. Hələlik ərazidə partlayıcı maddə elementləri aşkarlanmayıb. Təyyarənin “qara qutu”su tapılaraq şifrəsi oxunmaq üçün Moskvaya göndərilib. Təyyarəni istehsal edən “Boeing” şirkəti təhqiqata yardım etmək üçün Rusiyaya ekspertlər qrupu göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, faktla əlaqədar Rusiya Cinayət-Prosessual Məcəlləsinin 263-cü maddəsi (iki və daha artıq adamın ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkətinin təhlükəsizlik qaydalarının pozulması) ilə cinayət işi başlanıb. Hazırda təhqiqat qrupu əraziyə səpələnmiş cəsədlərin fraqmentlərini toplamaqla məşğuldur. Cəsədlərin kimliyi DNK analizləri əsasında aydınlaşdırılacaq və sonra ailələrinə təhvil veriləcək. Həlak olanların qohumları DNK üçün qan analizi vermək üçün xüsusi reyslə Moskvadan Permə göndəriliblər.

“Boeing 737-500” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu gün Perm vilayətində matəm elan olunub. Vilayət rəhbərliyi qəza baş verən ərazidə xatirə abidəsi ucaltmağı planlaşdırır. Həlak olanlar arasında 7 uşaq, o cümlədən 11 aylıq Mark Yaşmanov, Rusiya prezidentinin müşaviri general Gennadi Troşev, və Rusiya Sambo Federasiyasının vitse-prezidenti Vladimir Poqodin də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR