Bank Of Baku

“Azəri Star” müsabiqəsinin iştirakçısına hökm oxunub

“Azəri Star” müsabiqəsinin iştirakçısına hökm oxunub
# 15 sentyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İnsan alverində təqsirli bilinərək həbs edilən “Azəri Star” mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Əlişanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Azəri Star” mahnı müsabiqəsinin iştirakçılarından olan Rüstəm Əlişanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı R. Əlişanovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən R. Əlişanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olan qızları Türkiyəyə apararaq orada cinsi istismara məcbur etməkdə ittiham olunub. O, Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirli bilinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR