Bank Of Baku

Ədliyyə Nazirliyi Penitensiar sistemə nəzarət İctimai Komitənin yeni tərkibini formalaşdırmaq üçün elan verib

Ədliyyə Nazirliyi Penitensiar sistemə nəzarət İctimai Komitənin yeni tərkibini formalaşdırmaq üçün elan verib
# 15 sentyabr 2008 11:04 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin ikinci tərkibinin bir illik səlahiyyət müddətinin oktyabrın 31-də başa çatması ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ədliyyə Nazirliyi bununla bağlı elan verib. Elanda müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılıb ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə – Seçki Komissiyasına oktyabrın 25-dək müraciət edə bilərlər.
Qeyd edək ki, İctimai Komitə məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli əmri ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR