Bank Of Baku

Millət vəkilləri və onların köməkçiləri üçün seminar keçirilib

Millət vəkilləri və onların köməkçiləri üçün seminar keçirilib
# 15 sentyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə Milli Məclis üzvləri və onların köməkçiləri üçün “İnsan hüquqlarına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar keçirib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, seminarda çıxış edən müvəkkil Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinin qeyd olunacağını, Azərbaycanın qoşulduğu 235-dən çox beynəlxalq konvensiyaya uyğun olaraq milli qanunvericiliyin hüquqi bazasının təkmilləşdirildiyini vurğulayıb. E. Süleymanova parlamentlə insan hüquqları sahəsində əməkdaşlığın genişləndirildiyini, Büdcə haqqında Qanun və digər normativ-hüquqi aktların müzakirə edilərkən Ombudsmanın təkliflər verdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR