Bank Of Baku

ATƏT müşahidəçiləri AVCİYA-nın regional ofislərində olublar

ATƏT müşahidəçiləri  AVCİYA-nın regional ofislərində olublar
# 15 sentyabr 2008 22:00 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda prezident seçkilərinə hazırlıq işlərinin monitorinqini həyata keçirən ATƏT-in müşahidəçilər qrupu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Lənkəran və Xaçmaz rayonlarındakı regional ofislərində olublar. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT müşahidəçiləri ilə keçirilən görüşlərdə regional nümayəndəliklərin rəhbərləri qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar assosiasiyanın gördüyü işlər barədə məlumat veriblər. ATƏT-in müşahidəçiləri AVCİYA və ELS təşkilatlarının Lənkəranda “Exit-poll” və “quick-count”a aid keçirdiyi seminarda da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR