Bank Of Baku

Rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilən qadın Bakıda tutulub

Rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilən qadın Bakıda tutulub
# 15 sentyabr 2008 11:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilən qadın həbs olunub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rəsmi sənədləri, möhürləri, dövlət təltiflərini saxtalaşdırmaqla məşğul olan və barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarış elan edilən 1960-cı il təvəllüdlü Raya Usub qızı İsmayılova saxlanılıb. R. Ismayilova ilkin dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR