Bank Of Baku

Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib

Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib
# 15 sentyabr 2008 12:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün ATƏT-in Bakı Ofisinin və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bununla da Azərbaycanda ilk dəfə polis şöbəsinin saytı açılmış olub. http://www.mingachevirpolice.az/ ünvanında fəaliyyət göstərəcək saytda baş verən cinayətlər və onların üstünün açılması istiqamətində polis orqanlarının gördüyü işlərə dair materiallar yerləşdiriləcək. Bundan başqa vətəndaşlar sayt vasitəsilə polislə birbaşa əlaqə yaradaraq zəruri məlumat almaq imkanı qazanıblar. ATƏT-in Bakı Ofisinin hərbi-siyasi sahə üzrə nümayəndəsi Con Mak Qreqor bildirib ki, bu sayt ATƏT-lə yerli orqanların əməkdaşlığı nəticəsində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR