Bank Of Baku

Bakıda bir qrup narkotik alverçisi həbs edilib

Bakıda bir qrup narkotik alverçisi həbs edilib
# 15 sentyabr 2008 12:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində 6 nəfərdən narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Fuad Fərhad oğlu Baxşıyev şübhəli şəxs qismində saxlanılıb. F. Baxşıyevin üzərinə baxış keçirilərkən ondan 1,032 qram heroin aşkar edilərək götürülüb.

Suraxanı Polis İdarəsinin əməkdaşları 1964-cü il təvəllüdlü Mahsudi İsmayılovdan 0.246 qram, Əzizbəyov Polis İdarəsinin əməkdaşları 1978-ci il təvəllüdlü Nasir Vəliyevdən 1.654 qram heroin, Nəsimi Polis İdarəsinin əməkdaşları 1966-cı il təvəllüdlü Məzahir Qasımovdan 82.5 qram marixuana, Qaradağ Polis İdarəsinin əməkdaşları isə 1985-ci il təvəllüdlü Emin Nəcəfovdan 2.53 qram həşiş aşkar edərək götürüblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR