Bank Of Baku

Qaynı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini 10 il müddətinə azadlıqdan məhrum edilib

Qaynı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini 10 il müddətinə azadlıqdan məhrum edilib
# 15 sentyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə 20 yaşlı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini Valeri Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmənin hökmü ilə V. Abbasov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V. Abbasov münaqişə nəticəsində qaynı oğlu 20 yaşlı Azər Səfərovu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR