Bank Of Baku

Azərbaycanın Qusar rayonunda hərbi məqsədlər üçün istifadə edilən vasitələr və dini kitablar tapılıb

Azərbaycanın Qusar rayonunda hərbi məqsədlər üçün istifadə edilən vasitələr və dini kitablar tapılıb
# 15 sentyabr 2008 12:30 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Saxlanc yerlərindən aşkarlanaraq götürülən vasitələrin siyahısı belədir:

1 ədəd Azərbaycanın coğrafi xəritəsi, 1 ədəd mobil telefon, 1 ədəd 2 manatlıq və 1 ədəd 5 manatlıq "Nar" və 1 ədəd 2 manatlıq "Sim-sim" danışıq kartları, 1 ədəd taxta saplı bıçaq, 1 ədəd tibbi şpris sistemi, 4 ədəd sintetik materialdan tikilmiş boz rəngli çanta, 1 ədəd üzərində ərəb əlifbası ilə sözlər yazılmış qara rəngli parça, 1 ədəd 2 litrlik plastmass qabda selitra gübrəsinə oxşar ağ rəngli maddə, 1 ədəd dəmir biz, 2 ədəd yeyə, 1 ədəd balta, 1 ədəd mişar, 4 ədəd təzə bel ucluğu, 13 ədəd "Yaesu" radiostansiyası dəsti, 3 ədəd kompakt disk, 5 ədəd müxtəlif kompüter naqilləri, 1 ədəd qara rəngli torbanın içində "Cobra" firmasına məxsus gecəgörmə cihazının başlığı, qurğu hissəsi və 2 ədəd həmin cihazın pasportu, 1 ədəd gecəgörmə cihazı (tam komplekt), 3 dəst təzə hərbi səhra geyimi, 1 ədəd hərbi isti başlıqlı gödəkcə, 2 cüt "Vibram" firmasına məxsus qara rəngli çəkmə, 1 ədəd qısaqol kişi köynəyi, 1 cüt rezin çəkmə, 1 cüt "Gore-Tex" firmasına məxsus çəkmə, 1 ədəd üzərində "Djixad i problemı sovremennoqo mira" və 1 ədəd "Kniqa Mudjaxida" yazılmış kitablar, çiyin çantasının içərisində 1 ədəd yaşıl, 1 ədəd qara rəngli çadır və həmin çadırları quraşdırmaq üçün dirəklər, 1 ədəd kağız yapışqanı, 1 ədəd üz fırçası, 1 ədəd "PM" tapançasının qoburu, 1 ədəd yaşıl rəngli yağmurluq plaşı, xeyli miqdarda müxtəlif ərzaq məhsulları, dərman preparatları və s.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR