Bank Of Baku

Bakıda, Göygöldə və Kürdəmirdə baş verən yol qəzalarında 4 nəfər ölüb

Bakıda, Göygöldə və Kürdəmirdə baş verən yol qəzalarında 4 nəfər ölüb
# 15 sentyabr 2008 12:41 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 14-də saat 17.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, Qəbələ rayon sakini Eldəniz Kərimovun idarə etdiyi "Qazell" markalı və Bakı şəhər sakini Zaur Əsgərovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Əsgərovun xəsarət almış sərnişini Sumqayıt şəhər sakinləri Anar Hüseynov və Rəsul Məmmədov xəstəxanaya aparılarkən yolda ölüblər. Həmin gün saat 22.30 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində, Gəncə şəhər sakini Şahlar Musayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakini Əli Həsənovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə. Həsənov orada ölüb. Sentyabrın 13-də saat 12.00 radələrində isə Kürdəmir rayonu ərazisində Alpoud kənd sakini Heydər Kərimov "QAZ-3110" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən H. Kərimov orada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR