Bank Of Baku

Bakıda axtarışda olan iki şəxs tutulub

Bakıda axtarışda olan iki şəxs tutulub
# 15 sentyabr 2008 13:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında axtarışda olan iki nəfər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə uzun müddət axtarışda olan, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Alim oğlu Qafarov tutulub. Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşları isə dələduzluqla məşğul olmaqda təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilən 1979-cu il təvəllüdlü Rasim Alik oğlu Həmidovu həbs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR