Bank Of Baku

Manaşir Naxumov: “Bu günlərdə Rusiyaya yola saldığım övladlarımın ölüm xəbəri bizi dəhşətə gətirib”

Manaşir Naxumov: “Bu günlərdə Rusiyaya yola saldığım övladlarımın ölüm xəbəri bizi dəhşətə gətirib”
# 15 sentyabr 2008 14:45 (UTC +04:00)
Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Nisim Nisimov APA-nın şimal bürosuna bildirib ki, həlak olanların hamısı Naxumovlar ailəsinin üzvüdür. Bunlar 1972-ci il təvəllüdlü Naxumov İfraim Manaşiroviç, onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Naxumova Qolda Rambumovna və övladları – 2000-ci il təvəllüdlü Naxumov İlya İfraimoviclə 2005-ci il təvəllüdlü Naxumova Yeva İfraimovnadır.

Bir neçə ildir, ailəvi Perm şəhərində yaşayan Naxumovlar bu günlərdə Azərbaycana, Qırmızı Qəsəbəyə gəliblər. İfraim Naxumovun atası Manaşir Naxumov APA-ya açıqlamasında bu günlərdə Rusiyaya yola düşən övladlarının ölüm xəbərindən dəhşətə gəldiyini bildirib: “Bir neçə gün əvvəl uşaqları Rusiyaya yola salmışıq, dünən isə ölüm xəbərini aldıq. Bu dəhşətə inanmaq olmur”.

Artıq iki gündür ki, Naxumovların evində yas mərasimi keçirilir. Lakin həlak olanların nəşi hələlik qəsəbəyə gətirilməyib. Onu da əlavə edək ki, Q. Naxumova hamilə olub.

Qeyd edək ki, Moskva-Perm reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində hava gəmisində olan 82 sərnişin və 6 ekipaj üzvü həlak olub. Onlardan 12-si əslən Azərbaycandandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR