Bank Of Baku

Bu il insan alveri ilə bağlı 193 cinayət faktı aşkar edilib

Bu il insan alveri ilə bağlı 193 cinayət faktı aşkar edilib
# 15 sentyabr 2008 14:52 (UTC +04:00)
Mingəçevir. APA-Şahnəzər Bəşirov. İnsan alverinə qarşı mübarizə sahəsində görülən tədbirlər nəticəsində bu il 193 cinayət faktı aşkar edilib. Bununla bağlı 153 cinayət işinin istintaqı aparılıb, bu cinayətləri törətdiklərinə görə, 177 şəxs məsuliyyətə cəlb edilib, insan alverinin qurbanı olan 44 nəfər müəyyən olunub. Bu barədə Mingəçevir şəhər Polis Şöbəsində Daxili İşlər Nazirliyinin Azərbaycan Uşaq Birliyi ilə birgə keçirdiyi seminarda çıxış edən nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Samir Zeynalov bildirib. S. Zeynalov insan alveri qurbanlarının Azərbaycandan əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Pakistana, İran İslam Respublikasına, Hindistana və Türkiyəyə aparıldığını vurğulayıb. O, tədbirin keçirilməsində başlıca məqsədin ölkədə insan alveri cinayətlərinin baş vermə səbəb və şəraitini araşdırılması, yerli icra nümayəndəlikləri, bələdiyyə işçiləri, ərazi polis orqanlarının əməkdaşları arasında maarifləndirmə işinin həyata keçirməkdən ibarət olduğunu bildirib.
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə rəhbərlik etdiyi təşkilat tərəfindən məcburi əməyə, fahişəliyə cəlb edilmiş insan alveri cinayətinin qurbanlarına və ehtimal olunan qurbanlarına peşəkar psixoloji, tibbi və hüquqi yardımın göstərildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR