Bank Of Baku

İranda sentyabrın 10-da saxlanılan 20 azərbaycanlıdan 3-ü buraxılıb

İranda sentyabrın 10-da saxlanılan 20 azərbaycanlıdan 3-ü buraxılıb
# 15 sentyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı. İranda sentyabrın 10-da saxlanılan 20 nəfər azərbaycanlı hüquq-müdafiəçisi, şair və jurnalistlərdən 3-ü azad edilib. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, Məhəmməd Abbaspur, Yusif Huşyar və Şahbaz İbrahimzadə girov müqabilində zaminə buraxılıblar. Həmin gün saxlanılan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə və övladları Sevda, Atilla və Oqtay isə sentyabrın 11-də səhərə yaxın azad olunmuşdular. Həbsdəki 13 nəfərin taleyi barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 10-da axşam saatlarında Səyyad Məhəmmədianın (Ovçu Qoşaçaylı) evində verilən iftar yeməyi zamanı bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları olan “Yaşmaq” jurnalının baş redaktoru, şair Səid Muğanlı, çapına qadağa qoyulan “Dilmanc” jurnalının baş redaktoru Əlirza Sərrafi, “Ulus” tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, “Varlıq” jurnalının yazarları Əkbər Azad və Həsən Rəşidi, eləcə də Abbas Nəimi, Əkrəm Nəccari, Rubab Əzimi, Fərhad Rizayi, Məhəmməd Abbaspur, Yusif Huşyar, Həsən Rəşidi, Şahbaz İbrahimnejad, Şahnaz İbrahimzadə, A. Lisaninin həyat yoldaşı R. Əlizadə və 3 övladı saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR