Bank Of Baku

Rusiyada azərbaycanlının maşınından iki tapança tapılıb

Rusiyada azərbaycanlının maşınından iki tapança tapılıb
# 15 sentyabr 2008 15:59 (UTC +04:00)
Saratov – APA. Ötən şənbə günü Rusiyada saxlanılan azərbaycanlının avtomobilindən silah tapılıb. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Saratov-Tatişşevo yolunda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları “Jiquli” markalı avtomaşını saxlayıblar. Avtomaşına baxış zamanı “Osa lazer” və “Makarov” (qaz tipli) markalı iki tapança aşkarlanaraq götürülüb. Sürücü, 21 yaşlı Azərbaycan vətəndaşı “Makarov”u bir neçə saat əvvəl Lenin rayonunda tapdığını, “Osa lazer”in isə “Jiquli”nin sahibinə məxsus olduğunu söyləyib. Ancaq milislər ona inanmayıblar. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR