Bank Of Baku

Bu il Azərbaycanda mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib

Bu il Azərbaycanda mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib
# 26 sentyabr 2008 16:00 (UTC +04:00)
Bakı-APA. “Həyata keçirilmiş tədbirlər nəticəsində bu ilin ötən dövrü ərzində mülkiyyət əleyhinə olan 2367 cinayətin açılması təmin edilib”. Bu barədə Daxili İşlər Nazirliyində bu gün keçirilən Kollegiya iclasında bildirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, həmin cinayətlərə görə 1684 şəxs müəyyən olunub, axtarışda olan 459 nəfər tutulub. İclasda qeyd olunub ki, bununla yanaşı, bəzi şəhər, rayon polis orqanları tərəfindən kriminogen duruma mənfi təsir göstərən amillərin vaxtında qarşısının alınması istiqamətində adekvat tədbirlərin görülməməsi nəticəsində respublika üzrə mülkiyyət əleyhinə törədilən cinayətlər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR