Bank Of Baku

Axtarışda olan şəxs Rusiyadan Azərbaycana qayıdarkən hava limanında həbs olunub

Axtarışda olan şəxs Rusiyadan Azərbaycana qayıdarkən hava limanında həbs olunub
# 09 oktyabr 2008 16:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda 9 ay axtarışda olan şəxs Rusiyadan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Xırdalan sakini, 1971-ci il təvəllüdlü Azər Səfərov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinir.

Onun bu ilin yanvar ayında cinayət hadisəsi törətdikdən sonra ölkəni tərk edərək, Rusiya Federasiyasında gizləndiyi bildirilir. Binəqədi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində A. Səfərov bu gün Vətənə qayıdarkən hava limanında həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR