Bank Of Baku

Suraxanı sakinindən xeyli miqdarda narkotik maddə götürülüb

Suraxanı sakinindən xeyli miqdarda narkotik maddə götürülüb
# 09 oktyabr 2008 16:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Suraxanı sakinindən xeyli miqdarda narkotik maddə götürülüb. Suraxanı Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi saxlayıblar. Polisə daxil olan məlumat əsasında rayon sakini, 1965-ci il təvəllüdlü Dəyanət Əlağa oğlu Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

D. Əhmədovun üzərinə baxış zamanı ondan 1 kiloqram 135 qram marixuana götürülüb. Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və satma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR