Bank Of Baku

“Əbu Bəkr”də terror aktı törədənlərin zərərsizləşdirilməsinə həsr olunmuş film çəkilib

“Əbu Bəkr”də terror aktı törədənlərin zərərsizləşdirilməsinə həsr olunmuş film çəkilib
# 09 oktyabr 2008 16:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu il avqustun 17-də Bakının Nərimanov rayonu ərazisində yerləşən “Əbu Bəkr” məscidi adı ilə tanınan “Cümə” məscidində terror aktı törədənlərin zərərsizşləşdirilməsinə həsr olunmuş sənədli film hazırlanıb. APA-nın məlumatına görə, 50 dəqiqəlik film “Qartalın caynağı” adlanır. Filmdə insan tələfatı ilə nəticələnmiş hadisənin üstünün tezliklə açılması üçün bu əməli törədənlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər, şahidlərin və cinayəti törətməkdə təqsirləndirilənlərin ifadələri və digər məqamlar əksini tapıb.

Film bu gün ilk dəfə Az.TV-də nümayiş olunacaq.

Qeyd edək ki, “Əbu Bəkr” məscidinə əl qumbarasının atılması nəticəsində baş verən partlayışda 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR