Bank Of Baku

Bakı sakini insan alveri faktına görə tutulub

Bakı sakini insan alveri faktına görə tutulub
# 10 oktyabr 2008 08:32 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Samirə Süleymanova tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, S. Süleymanova gəlir əldə etmək məqsədilə ilə qadınları Rusiya Federasiyasına və Türkiyəyə aparıb cinsi istismara məruz qoymaq faktı ilə əlaqədar təqsirləndirilir. Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR