Bank Of Baku

Tağıyev qəsəbəsi sakinlərindən qanunla qadağan edilən kitablar götürülüb

Tağıyev qəsəbəsi sakinlərindən qanunla qadağan edilən kitablar götürülüb
# 10 oktyabr 2008 09:45 (UTC +04:00)
Bakı-APA. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini Zaur Məhərrəmovun evindən 57 ədəd qanunla qadağan edilmiş müxtəlif dini kitablar, 1 ədəd ölkələr və dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli buket, 7 ədəd disk və 2 ədəd audio kaset aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Z. Məhərrəmovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində həmyerlisi Nadir Hüseynovun bağ evində saxladığı 1000 ədəd ölkələr və dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli bukletlər aşkar edilərək götürülüb.
Bildirilib ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini Zaur Əhmədovun evində isə 95 ədəd qanunla qadağan edilmiş müxtəlif dini kitablar, 2 ədəd ölkələr və dinlər arasında düşmənçiliyi təbliğ edən rəngli buklet, 11 ədəd disk, 15 ədəd audio və 45 ədəd video kasetlər aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR