Bank Of Baku

Qarabağ müharibəsi əlili yeni aldığı “Oka” markalı avtomobildə qəzaya düşərək ölüb

Qarabağ müharibəsi əlili yeni aldığı “Oka” markalı avtomobildə qəzaya düşərək ölüb
# 10 oktyabr 2008 10:12 (UTC +04:00)
Balakən - Oğuz. Vüqar Heydərov. APA. Qarabağ Müharibəsi əlili, 1972-ci il təvəllüdlü Balakən rayonu Tülü kənd sakini Alagözov Elçin Məhəmməd oğlu Oğuz rayonunda baş verən yol qəzasında dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası oktyabrın 7-də saat 14.00 radələrində E. Alagözov İsmayıllı rayonunda əlillərə “Oka” markalı avtomobillərin təqdim etmə mərasimindən qayıdarkən baş verib. Bildirilib ki, E. Alagözovun idarə etdiyi “Oka” markalı avtomobil idarə etmənin itməsi səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 102-ci kilometrliyində yolun soluna çıxıb və əks istiqamətdə hərəkət edən 1979-cu il təvəllüdlü Şəki şəhər sakini Mustafayev Elçin Rafiq oğlunun idarə etdiyi “Toyata” markalı, 10-RL-655 dövlət nişan nömrəli avtomaşınla toqquşaraq ağaca dəyib. Bədən xəsarətləri alan E. Alagözov Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. E. Alagözovun sərnişin 1989-cu il təvəllüdlü Balakən rayon Talalar kənd sakini Süleymanov Bəhruz Bilal oğlu ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR