Bank Of Baku

Gəncədə sərnişin avtobusu aşıb

Gəncədə sərnişin avtobusu aşıb
# 10 oktyabr 2008 10:54 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün saat 12.00 radələrində Gəncə-Bakı yolunun 1-ci kilometrliyində Bakıya doğru hərəkət edən 10-JV- 652 dövlət nömrə nişanlı “M-Trans” Şirkətinə məxsus “Mersedes” markalı sərnişin avtobusu aşıb. Sürücü Araz Hüseynov APA –nın qərb bürosuna bildirib ki, avtobusun qarşısına çıxan piyadanı vurmamaq üçün sükanı çevirib və avtobusun idarəetməsini itirərək digər hərəkət zolağına keçib. Nəticədə avtobus qarşı tərəfə hərəkət edən VAZ-21-06 markalı avtomobilin üzərinə aşıb. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Siyavuş Sadıxov APA-nın yerli bürosuna bildirib ki, hadisə nəticəsində avtobusun içərisində olan 40 sərnişindən 10-u müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Abbas Səhhət adına Xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR