Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 12-də ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir",-deyə DİN-dən bildirilib.