Bank Of Baku

Bakı sakinlərinə bihuşedici dərman içirdərək oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub

Bakı sakinlərinə bihuşedici dərman içirdərək oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub
# 10 oktyabr 2008 11:01 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşları tərəfindən soyğunçuluq, oğurluq və dələduzluq etdiyinə görə Rafiq Xəlilov tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, R. Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Leyla Abbasəliyevanın əri Müzəffərə, bu ilin iyul və avqust aylarında Bakı şəhər sakini Sonaxanım Məmişovaya, onun qonağı, Sahil qəsəbə sakini Əsli Zeynalova və Sonaxanım Rəhimxanovaya bihuşedici dərman içirdərək mənzillərinə daxil olaraq oradan qızıl və ev əşyalarını oğurlaması müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR