Bank Of Baku

Permdə təyyarə qəzasında həlak olmuş sərnişinlərin zinət əşyalarını oğurlamış milislər həbs edilib

Permdə təyyarə qəzasında həlak olmuş sərnişinlərin zinət əşyalarını oğurlamış milislər həbs edilib
# 10 oktyabr 2008 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, sentyabrın 14-də təyyarənin qəzaya uğradığı yerdə rəsmi orqanlar tərəfindən aparılan təhqiqat zamanı həlak olanlar məxsus minlərlə şəxsi əşyalar, sənədlər, zinət əşyaları, pul, avadanlıq və s. götürülüb. Əşyalar həlak olanların yaxınlarına qaytarmaq üçün sistemləşdirilib, şəkilləri çəkilib və təsvirləri yazılıb. Lakin oktyabrın 7-də məlum olub ki, həlak olanlara məxsus bütün zinət əşyaları oğurlanıb. Faktla bağlı cinayət işi açılıb və bir sutka ərzində cinayətin üstü açılıb. Araşdırma zamanı oğurluğu 2 milis işçisinin törətdiyi müəyyənləşdirilib. Xatırladaq ki, həmin qəza nəticəsində 8 azərbaycanlı və əslən Azərbaycanın Quba rayonundan olan Naxumovlar ailəsi həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR