Bank Of Baku

İlyas İsmayılovun oğlu Çelyabinsk şəhər məhkəməsindən vilayət məhkəməsinə şikayət edib

İlyas İsmayılovun oğlu Çelyabinsk şəhər məhkəməsindən vilayət məhkəməsinə şikayət edib
# 10 oktyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılov Çelyabinsk şəhər Mərkəzi Rayon Məhkəməsindən Vilayət Mərkəzi Məhkəməsinə şikayət edib. E. İsmayılovun vəkili Mixail Boqomolov APA-ya açıqlamasına deyib ki, şikayətdə ibtidai istintaqın ədalətsiz aparıldığı, Çelyabinsk şəhər Mərkəzi Rayon Məhkəməsinin işə ədalətsiz baxdığı bildirilir. Vəkil növbəti məhkəmə iclasının oktyabrın 14-nə təyin olunduğunu söyləyib: “Etimad İsmayılov məhkəmə heyətinə öz etirazını bildirib. Hətta müdafiədən də imtina edib. Buna baxmayaraq, oktyabrın 14-nə təyin olunan iclas keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR