Bank Of Baku

Sentyabrda Azərbaycanın dövlət sərhədini pozan 19 sərhəd pozucusu saxlanılıb

Sentyabrda Azərbaycanın dövlət sərhədini pozan 19 sərhəd pozucusu saxlanılıb
# 10 oktyabr 2008 13:03 (UTC +04:00)
Bakı-APA. Bu ilin sentyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 14 halda 19 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 10 nəfəri Azərbaycan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Suriya vətəndaşıdır.
Vizası olmadığı üçün 90 halda 128 nəfər (41 nəfər İran, 25 nəfər Türkiyə, 9 nəfər İraq, 7 nəfər Azərbaycan, 5 nəfər Əfqanıstan, 5 nəfər Filippin, 5 nəfər Nigeriya, 5 nəfər Pakistan, 3 nəfər Fil Dişi Sahili, 3 nəfər Latviya, 3 nəfər Rusiya Federasiyası, 2 nəfər Türkmənistan, 2 nəfər Hindistan, 2 nəfər Çin, hər ölkədən 1 nəfər olmaqla ABŞ, Almaniya, İsrail, Kamerun, Şimali Kipr, Livan, Malayziya, Nepal, Sinqapur, Tailand və Zimbabve vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 36 halda 40 nəfər (13 nəfər İran, 6 nəfər Türkiyə, 4 nəfər ABŞ, 2 nəfər İsrail, 2 nəfər Nigeriya, 2 nəfər Türkmənistan, 2 nəfər Yaponiya, hər ölkədən 1 nəfər olmaqla Almaniya, Anqola, Böyük Britaniya, CAR, Çin, Kamerun, Latviya, Yuqoslaviya vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 28 halda 41 nəfər (21 nəfər Azərbaycan, 11 nəfər Rusiya Federasiyası, 3 nəfər İran, 2 nəfər Türkmənistan, hər ölkədən 1 nəfər olmaqla Qırğızıstan, Suriya, Türkiyə və Ukrayna vətəndaşı) saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Axtarışda olan 92 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində isə ay ərzində 4 halda 25 kiloqram 239 qram narkotik maddə aşkar edilərək götürülüb. Məlumata görə, Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 5 gəmi və 1 qayığa, Rusiya Federasiyasına məxsus 1 gəmiyə baxışı keçirilib.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 32 halda ümumi dəyəri təxminən 166 min 432 manat olan qaçaqmal, o cümlədən 13 ədəd pnevmatik tapança, 5000 ədəd pnevmatik tapança patronu, 2 ədəd ov tüfəngi, 11 ədəd tüfəng patronu, 31100 ədəd dərman preparatı, 2075 qutu siqaret 73050 ABŞ dolları, xeyli miqdarda spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR