Bank Of Baku

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən qardaşların məhkəməsində KİV nümayəndələrinin iştirakına icazə verilib

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən qardaşların məhkəməsində KİV nümayəndələrinin iştirakına icazə verilib
# 10 oktyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, keçirilən prosesdə şahid və zərərçəkmiş şəxslərin ifadələrinin yenidən alınması barədə vəsatətə baxılıb və vəsatət təmin olunub. Məhkəmə prosesdə kütləvi informasiya vasitələrinin iştirakının təmin olunması ilə bağlı vəsatətə də baxıb və bu vəsatət də təmin olunub. Növbəti məhkəmə prosesi oktyabrın 13-ə təyin edilib.
Qeyd edək ki, Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunurlar. İttiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR