Bank Of Baku

Gəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib

Gəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib
# 11 oktyabr 2008 07:46 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bazarda Samux rayon Sərkar kənd sakini 52 yaşlı Qara Məmmədov həmyerlisi 54 yaşlı Məhəmməd İbrahimova üstündə gəzdirdiyi tapança ilə atəş açmağa cəhd göstərsə də, buna müvəffəq olmayıb. İlkin ehtimala görə Məhəmməd İbrahimov özünü müdafiə etmək üçün onun boğazına bıçaqla zərbə yetirib. Xəsarət alan Qara Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir. APA-nın Qərb bürosunun məlumatına görə, 1989-cu ildə Məhəmməd İbrahimov Qara Məmmədovun qardaşını qətlə yetirib və 9 il azadlıqdan məhrum edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR