Bank Of Baku

Ağdamda yol qəzası baş verib

Ağdamda yol qəzası baş verib
# 17 oktyabr 2008 14:29 (UTC +04:00)
~Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün saat 17.00 radələrində Borsunlu-Hindarx yolunun 67-ci kilometrliyində yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü, Ağdam rayon sakini Siyavuş Hüseynovun idarə etdiyi 02 BH 663 dövlət nömrə nişanlı “Oka” markalı avtomobil Ağdam rayon sakini 1973-cü il təvəllüdlü Habil Hüseynovun idarə etdiyi 90 BN 425 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilə toqquşub. Məlumata görə, hadisəyə inəyin qəfil yola çıxması səbəb olub. “Oka” markalı avtomobil əvvəlcə inəyi vurub, daha sonra avtomobilin idarəetməsi itdiyi üçün “Mersedes”ə çırpılıb. Nəticədə S. Hüseynov bədən xəsarətləri alıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücünün səhhətinin orta-ağır olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR