Bank Of Baku

Beyin iflici keçirən deputatın vəziyyəti yaxşılaşır

Beyin iflici keçirən deputatın vəziyyəti yaxşılaşır
# 20 oktyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 15-də beyin insultu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycan Milli Məclisinin deputatı Vidadi Məmmədov yaxın günlərdə palataya köçürüləcək. Bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Hikmət Qarayev bildirib. Onun sözlərinə görə, deputatın səhhətində müsbət dəyişikliklər qeydə alınıb. Həkim V. Məmmədovun hələlik reanimasiyada saxlanıldığını deyib.

Qeyd edək ki, Milli Məclisin deputatı V. Məmmədovun beyninin sağ tərəfi iflic olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR